TRASEKA - Tarixi İpək Yolunun Bərpası

Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda Böyük İpək yolunun bərpa və inkşaf olunmasına dair beynəlxalq forum keçirilmişdi. Həmin forumda dünyanın 42 ölkəsinin nümayəndəsi iştirak etmişdi ki, onlardan səkkizi prezidentləri ilə təmsil olunmuşdu. 1998-ci ilin sentyabrında Heydər Əliyevin həmin forumda qeyd etdiyi kimi, "Bakıda keçirilmiş zirvə görüşü əməkdaşlığının inkişafında, sülhün qorunmasında, hər bir ölkə və ümumiyyətlə bütün Avrasiya məkanına firəvanlıq və rifahlığın gətirilməsində öz tarixi rolunu oynayacaqdır". 


Tarixi İpək Yolunun inkişaf etməsinin əsas məqsədləri aşağıdakılardan ibarətdir:

·  bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrin inkişaf etməsi;

·  nəqliyyat əlaqələrin inkişaf etməsi - yük və sərnişinlərin beynəlxalq daşınması;

·  tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması;

·  yük daşınmaların müddətinin qısaldılması;

·  nəqliyyat siyasətinin uyğun olaraq aparılması;

·  daşınma tarifləri və vergilərə xüsusi güzəştlər;

·  müxtəlif nəqliyyat sahələr arasındakı əlaqələrin koordinasiya edilməsi;

·  yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət;

·  çoxmodallı (birləşmiş) daşımaların təşkil oulnması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması.

Proqnozlar göstərir ki, müvafiq işlərin aparılması nəticəsində 2005-ci ildə yüklərin daşınılmasının həcmi 1997-ci ilin göstəriciləri ilə müqayisədə iki dəfə artacaq.

Qeyd etmək lazımdır ki, Azərbaycanın coğrafi vəziyyəti və xüsusilə respublikada bütün nəqliyyat vasitələrinin və əsas yolların (hava, dəmiryol, dəniz və avtomobil) yaxşı inkişaf etməsini nəzərə alsaq, onun Böyük İpək yolundakı rolun aparıcı olduğunu aydın görmək olar.

TRASEKA-Tarixi İpək Yolunun Bərpası Konfransı, 8-9 sentyabr 1998, Bakı

TRASEKA Xəritəsi (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi)

Xəzər və Qara dənizləri arasında TRASEKA mərkəzi seqmentinin avtomagistral və dəmir yolu

TRASEKA koridorunda dəmiryolu ilə vaqonlarda neft daşınması

“TRASEKA qaynar xətti”

TRASEKA körpüsü(“Qırmızı Körpü”) Gürcüstan və Azərbaycan arasında

Mercedes-Benz”humanitar kömək konvoyu Azərbaycan ərazisində